Nəşləri 30 il sonra Xocavənddə tapıldı - Foto
- 19.08.2023, 08:30,
- Xəbər / Sosial
Baxılıb: 0
Facebook
Вконтакте
Одноклассники
Google+
1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. “Qanunyolutv.az” xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb.
O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb.
Fotoda: Hüseynov Əli Heydər oğluKimliyi müəyyən edilən meyit qalıqlarından biri isə Məmmədov Əsəd Məmməd oğluna məxsusdur.
1966-cı il təvəllüdlü hərbçi Əsəd Məmmədov Ağstafa rayonunun, Eynallı kənd sakini olub.
O, 30 il əvvəl Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.
Fotoda: Məmmədov Əsəd Məmməd oğluAllah rəhmət eləsin!