Sabunçuda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar

Sabunçuda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar

Sabunçu rayonunda Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, tədbir YAP Sabunçu rayon təşkilatının inzibati binasında təşkil edilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Hikmət Babaoğlu, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Üzvü kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və YAP Sabunçu rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açılış nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açdı.

YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov da çıxış edərək bildirib ki, xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəni parçalanmaqdan, məhv olmaqdan qoruyub, xalqın xilaskarına çevrilib.

Daha sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu və Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzində gördüyü misilsiz xidmətlərdən, genişmiqyaslı işlərdən söz açıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter