Səfərbərlik Xidmətində iclas keçirildi - Foto
- 14.07.2023, 13:30,
- Xəbər
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, Xidmətin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.
Qeyd olunub ki, bu gün Silahlı Qüvvələrimizin vahid proqram əsasında inkişaf etdirilməsi bu sahəyə məsul olan bütün qurumların öz vəzifələrini yüksək dəqiqliklə və qüsursuz icra etməsini şərtləndirir. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırış işini tənzimləyən, çağırış prosesində çevik qərarların qəbuluna imkanlar yaradan məlumat sistemlərinin inteqrasiyasına əsas verən və təkmilləşdirən hüquqi bazanın müasir dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması məqsədəuyğun hesab edilib.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması sahəsində aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyəti ifadə olunub.
