Putin Azərbaycana yeni səfir təyin etdi
- 14.06.2023, 12:30,
- Xəbər
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Azərbaycana yeni səfir təyin edib.“Qanunyolutv.az” TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Mixail Yevdokimov bu vəzifəyə təyin olunub.
O bu vəzifədə Mixail Boçarnikovu əvəz edəcək.
Diplomat bu təyinata qədər Rusiya XİN-in MDB ölkələri üzrə Birinci departamentinin direktoru vəzifəsini icra edib. Yeni səfir uzun illər ərzində Rusiya XİN-də çalışıb. İngilis və fransız dillərini bilir.
64 yaşlı Yevdokimov evlidir, bir oğlu var.
Qeyd edək ki, Yevdokimov 2019-cu ilin sentyabrından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik statusuna sahibdir.
Xatırladaq ki, Mixail Boçarnikov 2018-ci ildə Rusiyanın Azərbaycandakı səfiri təyin edilmişdi.