Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişib?

  • 25.04.2023, 15:30,
  • Xəbər
  • Baxılıb: 6
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişib?

Rusiya rəhbərliyi Qarabağda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovu geri çağırmaq barədə qərar qəbul edib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Volkovu bu vəzifədə adı açıqlanmayan general-polkovnik əvəz edəcək.

“Həmin şəxs Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə uzun illər ərzində birgə çalışıb və onun ən etibarlı adamlarından biri hesab olunur. O, vəziyyəti nizamlamaq üçün Qarabağa gedir”, - deyə qəzet yazıb.

Qəzet, eyni zamanda Volkovun artıq Qarabağı tərk etməyə hazırlaşdığını da qeyd edib.

Xatırladaq ki, Andrey Volkov 2022-ci ilin yanvarında bu vəzifəyə təyin olunub. Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı isə Rüstəm Muradov olub və onun missiyası 2021-ci ilin sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov, sentyabrın 25-i isə sonuncunun yerinə general-leytenant Gennadiy Anaşkin gətirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter