“Heydər Əliyev siyasi məktəbi” layihəsinə başlanıldı

  • 18.04.2023, 09:00,
  • Xəbər
  • Baxılıb: 1
“Heydər Əliyev siyasi məktəbi” layihəsinə başlanıldı

YAP İdarə Heyətinin üzvü, deputat Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə “Heydər Əliyev Siyasi Məktəbi” layihəsinə başlanılıb.

“Qanunyolutv.az” xəbər verir ki, layihənin məqsədi Ulu Öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.

Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək.

Birinci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), ikinci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), üçüncü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), dördüncü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), beşinci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Milli Məclis) və sonuncu dövr isə Ulu Öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edəcək.

Eyni zamanda, layihə çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçiriləcək.

Hazırda 15 nəfər layihə iştirakçısı seçilib və müvafiq hazırlıqlara başlanılıb. Layihənin birinci hissəsinin cari ilin may ayında Naxçıvan şəhərində keçirilməsi planlaşdırılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter