On dördüncü günün duası - İmsak və iftar vaxtı
- 04.04.2023, 22:30,
- Xəbər / Sosial
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabah Ramazan ayının on dördüncü günüdür.“Qanunyolutv.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 5-də imsak vaxtı saat 04:51-də, iftar vaxtı isə 19:23-dədir.
İmsak duası:“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!”Tərcüməsi:“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”İftar duası:“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!”Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!”Allah orucunuzu qəbul eləsin!