Gəncədə ər arvadını qətlə yetirdi - Yenilənib

Gəncədə ər arvadını qətlə yetirdi - Yenilənib

Gəncədə 38 yaşlı kişi arvadını qətlə yetirib.

"Qanunyolutv.az"-ın əldə etdiyi məlumata görə, hadisə bu gün şəhər ərazisində qeydə alınıb. 38 yaşlı şəxs arvadını bıçaqlayaraq öldürüb.

Qətli törətdikdən sonra kişi hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri aparılır.
****

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Təfərrüatlar barədə əlavə məlumat veriləcək.
****

"Qanunyolutv.az"-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Elşən Quliyevdir. Hadisə yerinə hüquq-mühafizə oqranlarının əməkdaşları cəlb olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter