Gəncədə ər arvadını qətlə yetirdi - Yenilənib
- 04.06.2022, 18:30,
- Hadisə / Kriminal
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə 32 yaşlı qadın qətlə yetirilib.“Qanunyolutv.az”-ın məlumatına görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.
Xəstəxanada həkimlərin səyinə baxmayaq, qadın dünyasını dəyişib.
Qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
****
Gəncədə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Saxlanılan şəxs 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğludur. O, qısqanclıq zəminində həyat yoldaşı 1990-ci il təvəllüdlü Həsənova Gülzara bir necə bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma gedir.