Daha iki şəhidimiz anıldı - Fotolar
- 03.10.2021, 15:30,
- Xəbər
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Biləsuvar rayonunda Vətən Müharibəsi şəhidlərinin anım mərasimləri keçirilməkdədir.“Qanunyolu.info.az” xəbər verir ki, rayonun Xırmandalı kəndində Elvin Məmmədovun və Nəsimi kəndində Sehran Vəliyevin şəhid olmalarının birinci ildönümü qeyd edilib.
Qeyd edək ki, Sehran Nizami oğlu Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. 2016-cı ildən Silahlı Qüvvələrdə gizir rütbəsi ilə vətənə xidmət göstərən Sehrana bacarığına görə kəşfiyyat manqasının komandiri vəzifəsi tapşırılıb. Daha sonra kəşfiyyat taqımının komandiri vəzifəsinə təyinat alıb.
Vətən Müharibəsində Füzuli, Ağdərə, Qubadlı istiqamətlərindəki döyüşlərdə iştirak edib və Füzuli istiqamətindəki ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, üç övladı yadigar qalıb.
Elvin Tərlan oğlu Məmmədov 1992-ci il dekabrın 12-də Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. O, Silahlı Qüvvəlırimizdə 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elvin Məmmədov Vətən Müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ailəli idi. Bir övladı yadigar qalıb.
Allah rəhmət eləsin cəmi şəhidlərimizə!
