Şarl Mişel Şəhidlər xiyabanını ziyarət etdi - Foto
- 18.07.2021, 09:20,
- Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfərə gəlib. "Qanunyolu.info.az" xəbər verir ki, Şəhidlər xiyabanını ziyarət edən Şarl Mişel abidə kompleksi önünə əkil qoyub.
"Bakıda Şəhidlər xiyabanında mən Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.
Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz bir hissəsidir.
Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir", - deyə Şarl Mişel tvitterdə yazıb.
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb. Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.