Aİ Belarusdakı seçkilərin nəticələrini tanımadı - Yenilənib

  • 19.08.2020, 18:30,
  • Dünya
  • Baxılıb: 30
Aİ Belarusdakı seçkilərin nəticələrini tanımadı - Yenilənib

Polşa və Litvanın təşəbbüsü ilə Avropa İttifaqının 27 ölkəsinin dövlət və hökumət başçıları Belarusdakı vəziyyətlə bağlı videokonfrans formatında təcili zirvə görüşü keçirib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin nümayəndəsi Barend Leyts açıqlama verib.

“Aİ liderlərinin Belarusdakı vəziyyətlə bağlı videokonfransı başladı”, - deyə o, öz “Twitter” hesabında yazıb.

Danışıqlar bağlı qapılar arxasında keçirilib.

***

Avropa İttifaqı Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

Mişel Minski böhrandan qeyri-zorakı çıxış yolunu tapmağa çağırıb və Aİ-nin “hakimiyyətin sülh yolu ilə keçidini müşayiət etməyə” hazır olduğunu bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter