Bərdədəki şəhidin başdaşı niyə qoyulmayıb? - Foto

  • 08.06.2021, 16:30,
  • Xəbər
  • Baxılıb: 31
Bərdədəki şəhidin başdaşı niyə qoyulmayıb? - Foto

Sosial şəbəkələrdə Bərdə rayonundan olan şəhid Cəlal Cəlalzadənin məzarına başdaşının qoyulmaması ilə bağlı fotolar yayımlanıb. Adıçəkilən şəhid rayonun Mustafaağalı kəndindəki məzarlığında dəfn olunub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məsələylə bağlı Bərdə rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildirilib ki, şəhidin məzar daşı qardaşının istəyi ilə Bakıdan sifariş verilib: “Buna görə də sifarişin gəlməsi gecikib. Qəbrin üstü götürülüb, başdaşı isə hazır olanda qoyulacaq. Bu məqsədlə şəhidin qardaşına rayon İcra Hakimiyyəti tərəfindən 2000 manat köməklik edilib. Bundan əlavə, ailə dövlət tərəfindən verilən bütün ödənişləri də alıb”.

Qeyd edək ki, Cəlal Cəlalzadə oktyabrın 3-də Vətən müharibəsində Tərtər və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilib.
Bərdədəki şəhidin başdaşı niyə qoyulmayıb? - Foto

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter