General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

  • 13.05.2021, 17:00,
  • Xəbər
  • Baxılıb: 33
General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

Böyük Vətən Müharibəsi iştirakçısı, istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov 2-ci Fəxri Xiyabanda son mənzilə yola salınıb.

"Qanunyolu.info.az" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, vida mərasimində görkəmli hərbi xadimin mənalı ömür yolu xatırlanıb, onun Vətən və xalq qarşısında xidmətləri qeyd olunub.
General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

Dəfn mərasimində əsgəri ənənələrə uyğun olaraq dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb. Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Respublika Veteranlar şurası adından əklillər qoyulub.
General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

Dəfn mərasimində iştirak edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev tabut üzərinə sərilən dövlət bayrağını xatirə saxlamaq üçün mərhumun ailəsinə təqdim edib və dərin hüznlə baş sağlığı verilib.

Allah rəhmət eləsin!
General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter