Şəkillərini yayan keçmiş xanımını həbs etdirdi

Şəkillərini yayan keçmiş xanımını həbs etdirdi

Sosial şəbəkələrdə aktyor Berk Oktayın çılpaq şəkillərini yayımladığı iddiasıyla mühakimə olunan keçmiş həyat yoldaşı Merve Şarapçıoğlu ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Şarapçıoğlu şəxsi həyata aid görüntüləri və səsləri yaydığı üçün 2 il 1 ay müddətinə həbs cəzasına məhkum edilib. Proses İstanbul 23-cü Ağır Cəza Məhkəməsində keçirilib, tərəflər vəkilləri ilə birlikdə iştirak edib.
Şəkillərini yayan keçmiş xanımını həbs etdirdi


B. Oktay “şikayətim davam edir. Şübhəlinin cəzalandırılmasını tələb edirəm. Bu, mənim namus işimdir”, - deyə bildirib. Oktayın vəkili Serdar Öktem də ittiham olunan şəxsin cəzalandırılmasını istəyib.

Təqsirləndirilən Merve Şarapçıoğlu isə “mən belə bir cinayət törətmədim. İttihamı qəbul etmirəm. Mən də zərərçəkənəm. Sənədlərdəki dəlillərə görə günahsız olduğum açıq-aşkar görünür”,- deyə bildirib.

Sonda hakim aktyorun lehinə qərar çıxararaq keçmiş xanımını azadlıqdan məhrum edib.
Şəkillərini yayan keçmiş xanımını həbs etdirdi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter