Baba qəza törətdi, nəvə öldü...
- 06.11.2019, 12:19,
- Kriminal
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+

Binəqədi rayonunun Goradil bağlar sahəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qanunyolu.info.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qəza noyabrın 4-də saat 13 radələrində qeydə alınıb.
Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi “Volvo” və M.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə M.Quliyevin sərnişinlərindən Tünzalə Quliyeva hadisə yerində, nəvəsi 2 - yaşlı Yusif xəstəxanada ölüb, özü və digər sərnişini olan 1 yaşlı nəvəsi isə xəstəxanaya yerləşdiriliblər.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.