“I Like To Move It” hitinin müəllifi ölü tapıldı
- 02.09.2020, 03:40,
- Şou / Sosial / Xəbər
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da dicey və prodüser Erik Morillo 49 yaşında dünyasını dəyişib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə çərşənbə axşamı günü “TMZ” portalı xəbər verib. Onun məlumatına görə, diceyin cansız bədəni çərşənbə axşamı günü səhər Mayami-Biçdə aşkarlanıb. Ölüm səbəbi hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Morillo Reel 2 Real təxəllüsü altında Trinidad və Tobaqodan olan ifaçı Med Stantmenlə bərabər yazdırdığı “I Like To Move It” (1993) treki sayəsində geniş şöhrət qazanıb.