Masallıda xəstəxanada əməliyyat keçirildi - Baş həkim saxlanıldı
- 22.01.2021, 20:35,
- Sosial / Kriminal / Xəbər
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib."Qanunyolu.info.az", "Qafqazinfo"-nun verdiyi xəbərə istinadən, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.
Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.
****
Əməliyyat zamanı baş həkimlə yanaşı, xəstəxananın baş mühasibi Sətulla Məmmədov da saxlanılıb.