Mirşahin Şurnuxa getdi, erməni ailəsi ilə danışdı - Video
- 10.01.2021, 10:00,
- Sosial / Xəbər
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Şurnux kəndində 1988-ci ildə 100 ev, 800-ə yaxın əhali olub. "Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, kənddə ən yaxın zamanlarda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıb. Həmin ilin noyabrın sonlarında Gorus rayon partiya hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən Şurnux kəndinin camaatı zorla deportasiya olunaraq Azərbaycana qovulub.
Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilməyib. Evlərin çoxu dəyilməmiş qalıb.
Real TV-nin baş direktoru Mirşahin Ağayev Şurnuxa gedib, mövzu ilə bağlı reportaj hazırlayıb. Sözügedən reportajı təqdim edirik: