Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib

Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib

Türkiyənin Ordu şəhərində Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə işğalçı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz olaraq avtoyürüş keçirilib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Ordu şəhərindəki azərbaycanlıların və yerli cəmiyyətin iştirakı ilə baş tutan aksiyada Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb. Aksiyadan öncə Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin adından dünya ictimaiyyətinə ünvanlanmış bəyanatın mətni səsləndirilib.
Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib

Bəyanatda Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin təcavüzkar Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəfə alınması insanlığa qarşı cinayət kimi qiymətləndirilərək, kəskin pislənilib.

Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilən 50 avtomobilin hərəkət etdiyi karvan Ordu şəhəri daxilində polislərin də iştirakı ilə yürüşə başlayıb.
Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter