Şotlandiyada erməni terroruna etiraz aksiyası keçirilib

  • 31.10.2020, 21:15,
  • Dünya
  • Baxılıb: 7
Şotlandiyada erməni terroruna etiraz aksiyası keçirilib

Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəinin qarşısında icazəli aksiya keçirib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Aberdin şəhərində təhsil alan gənclərin və Azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır.

Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kassetli bombalar vasitəsi ilə Bərdə şəhərinin dinc əhalisini hədəf alınmasına biganə qalmamağa səsləyib. Aksiyada Gəncə və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib.

Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır”, “Uşaq ölümünə son”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.
Şotlandiyada erməni terroruna etiraz aksiyası keçirilib

Şotlandiyada erməni terroruna etiraz aksiyası keçirilib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter