Onlar da Ordumuza yardım etdilər
- 29.10.2020, 21:00,
- Sosial / Xəbər
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli ordumuzun haqq savaşına dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianələr davam edir."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, “İzzet” un fabrikinin direktoru Ağalarov İntiqam Ağalar oğlu yardım fonduna 3000 manat pul köçürüb.
“Azercell Aydan Telecom”un Zərdab rayonu üzrə distribüteri Eyvazov Oqtay Sahib oğlu isə Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat ianə edib.
Qeyd edək ki, sahibkar İntiqam Ağalarovun oğlu İzzət Ağalarov Memarlıq ve İnşaat Unversitetinin 3-cü kurs tələbəsidir və könüllü cəbhəyə yollanıb.