Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək
- 28.10.2020, 17:10,
- Sosial / Xəbər
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən aşağıda qeyd olunan tarixlərdə ictimai nəqliyyat işləməyəcək:
31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;
7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;
14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;
21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;
28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.