Bu tarixlərdə bütün ictimai nəqliyyat işləməyəcək
- 20.07.2020, 06:05,
- Xəbər
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. "Qanunyolu.info.az", "Qafqazinfo"nun məlumatına istinadən, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək.Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 avqust saat 06:00-dək dayandırılıb.