Bu şəhər və rayonlarda da həftəsonu ictimai nəqliyyat işləməyəcək
- 14.10.2020, 18:10,
- Sosial / Xəbər
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.