16 şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti 2 günlük dayandırıldı
- 17.07.2020, 00:00,
- Xəbər
Baxılıb: 63
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq edilir."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.
Bununla əlaqədar bu gün saat 00:00-dan 20 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.
Qeyd edək ki, ictimai nəqliyyatın hərəkəti qadağan olduğu həftəsonları taksi fəaliyyətinə icazə veriləcək.