“Plastcon Group” Azərbaycan ordusuna dəstək olub

“Plastcon Group” Azərbaycan ordusuna dəstək olub

Uzun müddətdir Azərbaycanın tikinti sektorunda uğurla fəaliyyət göstərən “Plastcon Group” Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, şirkətin rəhbərliyi qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin və Vitse-Prezident Mehriban xanım Əliyevanın da qoşulduğu bu nəcib aksiyada iştirak etməyi özlərinə mənəvi borc bilirlər.

“Hər bir Azərbaycan vətəndaşı kimi biz də torpaqlarımızın yağı düşmənin əsarətindən azad edilməsi istiqamətində qüdrətli ordumuzun apardığı əks-hücum hərbi əməliyyatlarını dəstəkləyir və Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə azad edilmiş digər torpaqlarımıza da Azərbaycan bayrağını sancacağımıza inanırıq” - “Plastcon Group”-un direktoru bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter