Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi

Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi

Bu gün Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, rayon bələdiyyəsinin sədri Mürsəl Eminov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, səfirliyin nümayəndələri, orta ümumtəhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.
Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi

Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq, iki ölkə arasında olan dostluq münasibətlərindən, bu cür mədəni tədbirlərin vacibliyindən, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından, xalqlarımızın uzun illərdir dostluq əlaqələrindən, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açıb.
Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında iki ölkə arasında olan dostluq münasibətlərindən, ötən 30 illik dövrdə Azərbaycan-Rumınya əlaqələrinin daim inkişaf etdiyindən söhbət açıb. Səfir söyləyib ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ölkələr arasında həyata keçirilən əməkdaşlıq əlaqələrindən söhbət açıb və ölkələr arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter