DİDK-da Heydər Əliyevin anım günü keçirildi

DİDK-da Heydər Əliyevin anım günü keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

“Qanuyolutv.az” xəbər verir ki, tədbirdən öncə DİDK-nın kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.

Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov ulu öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı misilsiz və əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatıb, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazanıb, beynəlxalq səviyyədə tanınıb.
DİDK-da Heydər Əliyevin anım günü keçirildi

Komitə sədri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş strategiyanın hazırda uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü söyləyib.

Tədbirdə xarici övlkələrdə fəaliyyət göstərən “Qarabağ” və həftəsonu Azərbaycan dili məktəblərinin şagirdləri tərəfindən ulu öndər Heydər Əliyevə həsr olunmuş səsləndirilmiş şeirlərdən ibarət videoçarx nümayiş etdirilib.
DİDK-da Heydər Əliyevin anım günü keçirildi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter