Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin xatirəsi anılıb
- 12.12.2020, 20:30,
- Sosial / Xəbər
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsində videokonfrans keçirilib.Komitədən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirilib ki, konfransdan öncə Dövlət Komitəsinin rəhbər şəxsləri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans iştirakçılarını Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə təbrik edən Komitə sədri Fuad Muradov müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında müstəsna xidmətləri olan ulu öndərin həyat və fəaliyyətindən bəhs edib. Son illər əldə edilən nailiyyətləri və xaricdə yaşayan soydaşlarımıza göstərilən dövlət qayğısını qeyd edən Komitə sədri bütün bunların ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş strategiyanın nəticələri olduğunu vurğulayıb.
Daha sonra çıxış edənlər - mllət vəkili Elşad Mirbəşiroğlusiyasi, elmlər doktoru, professor Elçin Əhmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, tarix elmləri doktoru, AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli, tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə əldə olunan uğurlardan, Azərbaycan diasporunun formalaşması tarixindən bəhs ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli filmin nümayiş etdirilməsi ilə başa çatıb.
