Vətən Müharibəsi Qəhrəmanının 40-cı ildönümü keçirildi

Vətən Müharibəsi Qəhrəmanının 40-cı ildönümü keçirildi

Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümünə həsr edilən “Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirilib.

"Qanunyolutv.az" xəbər verir ki, təqdimatda millət vəkilləri, zabit-kursant heyəti, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
Vətən Müharibəsi Qəhrəmanının 40-cı ildönümü keçirildi

Millət vəkilləri Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov çıxışlarında bu cür tədbirlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb.

Qəhrəman polkovnik-leytenantın xatirəsinə həsr olunmuş kitabın müəllifi yazıçı-jurnalist Asif Mərzili bildirib ki, bu kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan bəhs edir. 
Vətən Müharibəsi Qəhrəmanının 40-cı ildönümü keçirildi

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş zabitlər polkovnik Toğrul Şamxalov, polkovnik Telman Hüseynov şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, döyüş xatirələrindən, qələbənin əldə edilməsində böyük rolundan danışıblar.

Tədbirdə xalq artisti Samir Cəfərovun ifasında qəhrəmanlıq musiqiləri səsləndirilib, bədii rəhbəri Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın olduğu şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” xorunun ifasında vətənpərvərlik mahnıları ifa olunub.
Vətən Müharibəsi Qəhrəmanının 40-cı ildönümü keçirildi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter