“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar

  • 12.12.2020, 23:20,
  • Xəbər
  • Baxılıb: 202
“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar

Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazan vətən oğullarından biri də şəhid polkovnik-leytenant Orxan Əkbərovdur. O, ön cəbhədəki misilsiz şücaətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən Müharibəsi Qəhəmanı” adına layiq görülüb. Bu gün 38 yaşı tamam olan şəhidimizin anadan olduğu Biləsuvarda ata ocağı və rayon qəbiristanlığında məzarı ziyarət olunaraq ruhuna dualar oxunub...
“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, ömrünün 20 ilə yaxınını şərəfli zabit peşəsinə sərf edən Orxan Nadir oğlu Əkbərov canı qədər sevdiyi Vətəninə “lazım gələrsə, canımı qurban verərəm”i təkcə demədi, bacardı da... Hücum əmri gələndə silaha sarılır, əsgərlərinin önünə düşür, Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını başına sovurur. Kənd Horadiz istiqamətində meşədə 100-ə yaxın xüsusi təyinatlı düşmən əsgəri məhv edilməsində xüsusi rəşadət göstərir. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandanlığı ilə Azərbaycan əsgəri tərəfindən məhv edilib. Qeyri-bərabər döyüşdə o, yaralı əsgərini və şəhidini döyüş meydanında qalmasını öz həyatı bahasına istəməyib, əsgərlərinə “biz (özü ilə birgə 6 silahdaş-red.) müdafiədəyik, siz onları döyüş meydanından çıxarın” əmrini verib.
“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar

O, özü kimi əsgərlərini də, buna hazırlamışdı. Düşmənin cəbhəsinin yararkən, “həyatın ən böyük xoşbəxtliyi bu gündür” deyən komandirin qəlbində gəzdirdiyi ülvi bir istək var idi: Şuşada üçrəngli bayrağımızı birinci dalğalandırmaq!

Ailədə 4 qardaş olan Orxan Əkbərov 1982-ci ilin 12 dekabrında ziyalı ailəsində anadan olub. Orta məktəbi Biləsuvar şəhəri, 1 saylı tam orta məktəbdə başa vurub. Uşaq yaşlarında hərbçi olmaq haqqında arzusu baş qaldıranda idman sahəsində peşəkər boksçu kimi dəfələrlə çempionluq qazanıb. Hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışların qaliblərindən olub.
“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar

2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq hərbi təhsilini leytenant rütbəsi ilə başa vurub. 2005-ci ildə Təlim Tədris Mərkəzində təhsilini artıran bacarıqlı kəşfiyyatçı Füzulidəki “N” saylı hərbi hissədə tağım komandiri, sonra bölük komandiri kimi vətənə xidmətdə ilk uğurlarını qazanıb.

Bütün xidmətini ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti komandanlıq tərəfindən yüksək qiymətləndirilərək çoxsaylı fəxri fərman və diplomlara layiq görülüb. Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu illərdə nizam-intizamı, vətənpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı peşəkar zabit kimi onu şöhrətlənib.
“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar

2019-cu ildən cəbhə bölgəsində “N” saylı kəşfiyyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak edib.

Bu gün Orxanın necə bir qəhrəman oğul olmasını, onu tanıyan hər kəs bilir. 20 illlik şərəfli xidməti dövründə onunla xidmət etmiş minlərlə zabit və əsgərdən kimsə Orxan adını eşitdikdə onun qorxmaz vətən oğlu, təəssübkeş qardaş olmasından fəxrlə danışır. Döyüşlərə yüksək əhval-ruhiyyədə girməsi əsgərlərdə qələbə əzmini artırıb, ölümdən heç vaxt qorxmayıb. Necə ki, ölümdən qorxmayaraq komandir adını yüksək tutaraq vətən uğrunda şərəfli ölümü üstün tutmuşdu.

Ailəli idi, iki ciyərparası – Çingiz və Sevili xalqına əmanət qoyan komandirin qəhrəmanlığı gəncliyə bir örnəkdir...
“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar

“Vətən Müharibəsi Qəhrəmanı” adını alan şəhid polkovnik-leytenantın 38 yaşı oldu - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter