Binəqədidə qış mövsümünə hazırlığın yekunu müzakirə olundu
- 16.11.2022, 16:30,
- Sosial / Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi rayonunda 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında Rayon İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, iclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, RİH başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov, rayonun idarə, müəssisə rəhbərləri iştirak ediblər.
RİH başçısı Elxan Allahverdiyev 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri - Anar Tağıyev, Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırıblar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildirdilər.
İclasın sonunda rayon təsərrüfatının 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
