Mehriban Əliyeva idmançıları təbrik etdi
- 21.08.2022, 22:30,
- Sosial / İdman / Xəbər
Baxılıb: 72
Facebook
Вконтакте
Одноклассники
Google+
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızın təbrik edib.“Qanunyolutv.az” xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!
Азербайджанские спортсмены завершили V Игры исламской солидарности на 4-м месте с 99-ю медалями. Из них – 29 золотых, 36 серебряных и 34 бронзовые. От всей души поздравляю наших спортсменов! Вы блестяще выступили на соревнованиях и, проявив силу воли, целеустремленность и мастерство, одержали яркую, убедительную победу! Спасибо вам за упорный труд, за радость, подаренную азербайджанским болельщикам! Желаю вам крепкого здоровья, новых побед и достижений!
