Səs yazısı yayılan müəllim işdən çıxarıldı
- 22.07.2022, 17:00,
- Sosial / Təhsil / Xəbər
Baxılıb: 52
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı yayılıb.“Qanunyolutv.az” xəbər verir ki, həmin səsdə müəllimin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, müəllim dərhal işindən azad edilib: “Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.