Şəhid ailəsinin də yaşadığı əraziyə illərdir su verilmir
- 26.07.2021, 17:00,
- Sosial / Xəbər
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi rayonu İkinci mədən 93-cü korpusda yaşayan sakinlər illərdir içməli su ilə təmin olunmadıqlarını deyirlər."Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən müraciət edən bir neçə sakin bildirib ki, 100-ə yaxın ailə uzun illərdir ki, susuz yaşayır. Həmin ərazidə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan 1999-cu il təvəllüdlü İbrahim İbrahimovun ailəsi də məskunlaşıb.
Şəhid İbrahim İbrahimov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabrın 12-də Bakının Binəqədi qəbiristanlığında torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən sorğusuna cavab olaraq bildirib ki, həmin ərazinin layihə eskiz sənədləri hazırlanıb: “Məsələ diqqətimizdədir, həmin ərazidə su xətləri çəkiləcək. Avqust-sentyabr aylarında həmin ərazinin su ilə təmin edilməsi başa çatdırılacaq”.
