İlham Əliyev Naftalana getdi - Yenilənib
- 22.07.2021, 16:00,
- Sosial / Xəbər
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.“Qanunyolu.info.az” xəbər verir ki, dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
****
Prezident İlham Əliyev Naftalan şəhər hava limanı ilə tanış olub.
Dövlət başçısına hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.
Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.
Dövlət başçısına sanatoriya haqqında məlumat verilib. Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.
Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
