Prezident Balakənə səfər etdi - Yenilənib

Prezident Balakənə səfər etdi - Yenilənib












Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

***

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib.

***

Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

***

İlham Əliyev Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub. Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter