Balakəndə şəhid ailələri və müharibə iştirakçılarına medallar təqdim edildi - Foto
- 26.06.2021, 12:50,
- Sosial / Xəbər
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Balakən rayon Mədəniyyət Mərkəzində Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib."Qanunyolu.info.az" xəbər verir ki, mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açıb: "Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb".
Sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinə və iştirakçılarına medallar təqdim olunub.
