Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - Foto

Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - Foto

Abşeron rayonunun Qobu qəsəbəsində şəhid baba və nəvənin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa olunub.

"Qanunyolu.info.az" xəbər verir ki, bununla əlaqədar əraziyə baxış keçirən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirilib ki, I Qarabağ müharibəsində döyüşən baba Hüseynov Gülverdi Ağahüseyn oğlu 1992-ci ildə, II Qarabağ müharibəsində isə onun nəvəsi Qasımov Gülverdi Abil oğlu 2020-ci il oktyabrın 26-da qəhrəmancasına döyüşərək şəhidlik zirvələrinə yüksəliblər.

Qeyd edilib ki, ərazidə əsaslı təmir-bərpa işləri həyata keçirilib. Abidənin ətrafına həmişəyaşıl gül kolları və müxtəlif növ dekorativ ağaclar əkilib. Pilləkanlar və ərazi aqlay daşlarla üzlənib.
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - Foto

Daha sonra şəhidin valideynləri Abil və Pakizə Qasımovlar ilə görüşən İradə Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb.

Vətənimizin bütövlüyü uğrunda Azərbaycan igidlərinin göstərdiyi şücayətdən danışan başçı bildirib ki, onların qəhrəmanlıqları sayəsində torpaqlarımız düşməndən azad olunub: "Respublikada şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Onların qarşılaşa biləcəyi bütün problemlərin həlli istiqamətində ciddi tədbirlər həyata keçirilir".
Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verildi - Foto

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter