Şəmkir rayonunda keçirilən əməliyyatla 10-dan çox silah və sursat aşkar edilib."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon sakini, əvvəllər məhkum olunmuş Əkbər Sadıqovdan Şəmkir RPŞ əməkdaşları tərəfindən bir ədəd istifadəyə yararlı tapança pulemyot, bir ədəd onun komplekt hissəsi hesab edilən sandıqca və 150 ədəd 7.62 mm-lik atəşə yararlı patron aşkar edilərək götürülüb.
Rayonun Dəllər-Cəyir kənd sakini, Elşad Əliyevdən də odlu silah aşkar edilərək götürülüb.
Belə ki, Elşad Əliyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və oradan bir ədəd, istifadəyə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid bir ədəd daraq, 23 ədəd patron və bir ədəd bıçaq aşkarlanıb.
İlkin dindirilmə zamanı, saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl qəbiristanlıqdan tapdığını bildirb.
Bundan başqa, rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.