Narkotik alverçisinin evindən tapança və xəncər tapıldı
- 27.03.2021, 12:00,
- Kriminal
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Yevlax rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb.
Hüseyn Mustafayevin narkotiki əldə etdiyi digər rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.
Anar Qocayevin narkotik maddələri Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri ilə X.Həsənov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, oradan 1 ədəd naqan tipli revolver və 1 ədəd ona məxsus patron, 1 ədəd qaz tapançası, ona məxsus 2 ədəd qaz balonu və 30 ədəd patron, 1 ədəd xəncər və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan hər 3 şəxs barəsində Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
