Qaradağ rayonu "ŞAYHM" İB-yi baş həkim Elçin Hüseynovu təltif etdi.
- 21.02.2021, 21:00,
- Gündəm / Sosial / Səhiyyə
Baxılıb: 118
Facebook
Вконтакте
Одноклассники
Google+
Bəli, 44 günlük Vətən savaşında cənnət Qarabağ torpaqlarımızın azad edilməsində tibb işçilərinin Ali Baş Komandanın rəhbərliyi ilə böyük zəfər qazanmış Azərbaycan ordusunun qazilərinə, veteranlarına, gənc əsgərlərinə göstərdikləri yüksək səviyyəli tibbi müalicə, müayinə, xoş münasibət, mərhəmət və şəfqət könül oxşayırdı.Ali Baş Komandan çıxışlarında həkimlərin qazilərə, veteranlara, 44 günlük müharibə ərzində yaralanmış mülki əhaliyə göstərdikləri qayğı və diqqətə görə, gərgin, şərəfli xidmətlərini yüksək qiymətləndirmişdir. Belə həkimlərimizdən biri də Qaradağ rayon 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elçin Hüseynovdur.
Elçin Hüseynovun tibb sahəsində göstərdiyi xidmətə və kollektivdə gənc kadrlara dəstəyinə görə Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Elnarə Mustafayeva tərəfindən "Təbriknamə" ilə təltif olunmuşdur. Elnarə xanım baş həkim Elçin Hüseynova gənclərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirərək, onu ad günü münasibətilə də səmimi qəlbdən təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Elçin həkimə gördüyü xeyirxah işlərində yüksək nailiyyətlər arzulayıram. Fürsətdən istifadə edərək bizdə Elçin həkimi ad günü münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona yeni-yeni müvəffəqiyyətlər arzu edirik.
Qaradağ rayonu üzrə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyin sədri
Elnarə Mustafayeva
