Polislə bağlı yayılan video haqda - Rəsmi açıqlama

Polislə bağlı yayılan video haqda - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi polis əməkdaşlarının azyaşlı övladlarının yanında bir kişini fiziki güc tətbiq edərək xidməti maşına mindirməsini əks etdirən videogörüntülərlə bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb: “Vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır. Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi “VAZ 21-011” markalı avtomobilə “saxla” işarəsi verilib.

Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıb, yanında olan azyaşlı övladını bərkdən-bərkdən qışqırmağı, yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının naryad qrupu tərəfindən Nərimanov RPİ 17-ci Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter