Sadiq Gözəlov vəzifəsindən azad edildi - Yenilənib

  • 15.02.2021, 09:40,
  • Siyasət
  • Baxılıb: 24
Sadiq Gözəlov vəzifəsindən azad edildi - Yenilənib

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Xatırladaq ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

Ondan sonra DİN-in mətbuat xidməti yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib.
****

Qeyd edək ki, Sadiq Gözəlov Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq (çalışmanın yaş həddinə çatdığına görə) Fondun icraçı direktoru (müki) vəzifəsindən azad edilib.

Fevralın 11-də onun 65 yaşı tamam olub. S.Gözəlov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilib. O, daxili işlər orqanlarında qüsursuz xidmətlərinə, uzun müddət rəhbərlik etdiyi DİN mətbuat orqanında vəzifələrini layiqincə yerinə yetirdiyinə, polis əməkdaşlarının fədakar faliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyinə görə, habelə anadan olmasının 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə fəxri fərmanla təltif edilib.

DİN Mətbuat xidməti məlumatı təsdiqləyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter