Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi - Yenilənib
- 15.05.2020, 20:30,
- Siyasət
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.
"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir.
***
DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsindən azad edilən polis general - mayoru Yaşar Əliyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.
Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevdir.