Eldar Əzizov sürüşmə ərazisinə gəldi
- 29.01.2021, 10:45,
- Siyasət
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, ötən axşam Bakının Səbail rayonu, 20-ci sahə adlanan ərazisində növbəti dəfə torpaq sürüşməsi baş verib."Qanunyolu.info.az", “Qafqazinfo”-nun hazırda hadisə yerində olan əməkdaşlarının məlumatına istinadən, artıq Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da əraziyə gəlib.
O, ilkin olaraq vəziyyətlə tanış olub.
****
Eldar Əzizov bildirib ki, hadisə ilə bağlı komissiya yaradılacaq: "Bundan sonra hansı tədbirlərin görüləcəyinə komissiya qərar verəcək.
Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlər aparılmağa başlanılıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Bu ərazidə sürüşmə ilk deyil. Ərazi həmişə sürüşməyə meylli olub. Hazırda ərazidə işlər davam etdirilir".