"Sobsan" fabrikində yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto+Video

Bakıda Binəqədi rayonunda yanğın hadisəsi olub.

"Qanunyolu.info.az" Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.
"Sobsan" fabrikində yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto+Video

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.

"Sobsan" fabrikində yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto+Video
"Sobsan" fabrikində yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto+Video
"Sobsan" fabrikində yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto+Video
"Sobsan" fabrikində yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto+Video
"Sobsan" fabrikində yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto+Video
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter