Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - Fotolar
- 21.11.2020, 11:10,
- Siyasət / Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
44 günlük Vətən müharibəsində düşməndən qənimət kimi götürülmüş hərbi texnika Bakıya gətirilir. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, texnikanın gətirildiyini əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev yaralı hərbçilərlə görüşündə bu barədə məlumat vermişdi:
“Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik”.
Yaxın günlərdə Bakının Azadlıq meydanında düşməndən əldə edilmiş qənimətlərin nümayiş etdirilməsi üçün hərbi paradın keçiriləcəyi gözlənilir.