Yelizarov Prezidenti qələbə münasibətilə təbrik etdi
- 13.11.2020, 17:20,
- Siyasət
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru Pavel Yelizarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, məktubda deyilir:
“Ümumisrail Dağ Yəhudiləri Birliyi adından şəxsən Sizə və bütün Azərbaycan xalqına Azərbaycan xalqı və bütün azərbaycanlı həmvətənlər üçün böyük Qələbə günü münasibətilə səmimi təbriklərimizi bildirirəm.
Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxdı.
Dağ yəhudiləri və Azərbaycan xalqı müxtəlif dövrlərdə həm sevincli, həm də kədərli günlərdə həmişə bir-birinə qardaş olublar. Biz Azərbaycanın uğurlarına görə çox şadıq”.